Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniyadan vətəndaşlarına: Rusiyaya getməyin!

Almaniyadan vətəndaşlarına: Rusiyaya getməyin!

Tarix: 21 Fevral 2023 07:58

Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Rusiyaya səfərdən çəkinməklə bağlı xəbərdarlıq edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, XİN Rusiyadakı vətəndaşlarını yaxın günlərdə ehtiyatlı olmağa çağırıb.

"Rusiya Federasiyasına səfərlər tövsiyə edilmir", - məlumatda deyilib.

Həmçinin Belqorod, Kursk, Bryansk, Voronej, Rostov və Krasnodara səfərlərə qarşı xəbərdarlıq edilib:

"Rusiya hökuməti 2023-cü il fevralın 20-dən fevralın 26-dək bir sıra tədbirlər, o cümlədən 23 və 24 fevral tarixlərində bayram günləri keçirməyi planlaşdırır. Xüsusilə sayıq və diqqətli olun, böyük izdihamdan qaçın".

Milli.Az


Etiketlər:  Almaniyadan vətəndaşlarına Rusiyaya getməyin


RƏYLƏR