Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2023 19:26
Günəş diski üzərindən keçən Merkuri planetinin görüntüsü əldə olunub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.
Foto "Solar Orbiter" aparatının vasitəsilə çəkilib.
Avropanın robotlaşmış günəş zondu Günəşin ətrafında fırlanaraq onun Yerdən əlçatmaz olan qütb bölgələrini görməyə imkan verir.
Zondun göndərdiyi son təsvirdə Merkuri şəklin aşağı sağ hissəsində qara dairə kimi görünür və statik günəş ləkələrindən aydın şəkildə fərqlənir.