Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2023 08:10
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, son oyun günündə də iki matç keçirilib. "Leyptsiq" "Mançester Siti"ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
"İnter" isə doğma meydanda "Portu" ilə qarşılaşıb. Bu oyun Milan təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması martın 14-ü keçiriləcək.
22 fevral
UEFA Çempionlar Liqası1/8 final mərhələsi, ilk oyunlar
00:00. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:1
Qollar: Mahrez, 27 (1:0), Qvardiol, 70 (1:1)
Leyptsiq, "RB Arena"
00:00. "İnter" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:0
Qol: Lukaku, 86 (1:0)
Qırmızı vərəqə: Otavio, 78 ("Portu")
Milan, "San Siro" stadionu