Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2023 08:27
Hiperkalsiuriya.
Böyrək daşlarının 80%-dən çoxunun tərkibində kalsium tapılır. İnsan orqanizmində orta hesabla 120-200 qram kalsium vardır. Normal insanın plazmasındakı kalsiumun qatılığı 2,2-2,7 mmol-dur. Qandakı kalsiumun 45%-i albuminlərlə birləşmiş, 50%-i ionlaşmış kalsium, 5%-i isə zəif ionlaşmış olub sitrat sosfat və karbonat kompleksləri şəklində olur. Sidik ilə ekskresiya olmuş kalsiumun miqdarı gün ərzində 0,1mmol/kqdan çox olduqda hiperkalsiuriyac adlanır. Sağlam adamlarda 2%-dən az filtirasiya olunmuş kalsium ifraz olunur. Filtirasiya olunmuş kalsiumun əsas hissəsi proksimal kanalcıqlarda reabsorbsiya olunur.
Distal reabsorbsiya metobolik asidozun, vitamin D-nin təsirindən güclənir və hiperkalsiemiyaya səbəb olur. Metobolik asidoz, hiperfosfatemiya onun reabsorbsiyasını azaldır və hiperkaliemiyaya səbəb olur.
Sağlam şəxslərdə kalsiumun gün ərzində sidik ilə xaric olunması 7,5 mmol təşkil edir. Hiperkalsiuriya müşahidə olunan bütün hallarda kalsium daşlarının əmələ gəlməsi üçün risk faktoru sayılır. Daşların əmələ gəlməsində həmçinin sidik yollarının infeksiyasına da böyük əhəmiyyət verilir.
Əgər keçmişdə təkcə stafilokokk infeksiyasına əhəmiyyət verilirdisə, son zamanlar daş əmələ gətirən mikrob kimi proteinin də rolu qeyd olunur.