Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

50 yaşlı erməni Sankt-Peterburqda “OMON” zabitlərini güllələdi - ANBAAN VİDEO

50 yaşlı erməni Sankt-Peterburqda “OMON” zabitlərini güllələdi - ANBAAN VİDEO

Tarix: 25 Fevral 2023 13:54

Özbəkistandan olan 50 yaşlı erməni Tiqran Xaçikyan Sankt-Peterburqun mərkəzində, "Qostiniy Dvor" metro stansiyasının yaxınlığında "OMON" zabitlərinə atəş açıb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, insident zamanı zabitlərdən biri yaralanıb.

Xaçikyan avtomobilində musiqinin səsini ucaldıb. Bu zaman  Rusiya Qvardiyasının zabitləri ona yaxınlaşıb. Erməni  isə onlara "Qaçın!" deyib. Təhlükəsizlik əməkdaşlarından biri Xaçikyanı saxlamağa çalışsa da, cinayətkar ov tüfəngini çıxararaq ona bir neçə dəfə atəş açıb.

Hazırda zərərçəkmiş əməliyyat olunur. Həkimlər ona qarın, bel və çanaq nahiyəsinin çoxsaylı açıq yaraları diaqnozu qoyublar.

Milli.Az


Etiketlər:  50 yaşlı erməni Sankt Peterburqda OMON zabitlərini güllələdi ANBAAN VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ