Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şahruddin "Qarabağ"dan 50 manata görə işdən çıxarılan fotoqrafa BELƏ DƏSTƏK OLDU – FOTO

Şahruddin

Tarix: 26 Fevral 2023 20:58

Xəbər verdiyimiz kimi, "Qarabağ" klubu bir müddətdir çalışdığı fotoqraf Elmir Kərimovla yolları ayırıb.

Milli.Az Offsideplus-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin rəhbərliyi gənc fotoqrafın maaşının 50 manatını kəsib. Bu xəbər ötən gündən bəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İzləyicilərin əksəriyyəti buna görə klub rəhbərliyini sərt tənqid edir.

Bu gün isə "Qarabağ"ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev Elmir Kərimova dəstək nümayiş etdirib. O, şəxsi "İnstagram" hesabının "hekayə" bölməsində fotoqrafın çəkdiyi şəklini paylaşaraq, ürək emojisindən istifadə edib.

Milli.Az


Etiketlər:  Şahruddin Qarabağdan 50 manata görə işdən çıxarılan fotoqrafa BELƏ DƏSTƏK OLDU FOTO


RƏYLƏR