Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2023 15:06
Fövqəladə Hallar Nazirliyi (FHN) dənizkənarı ərazidə növbəti qanunsuz tikilinin qarşısını alıb.
Sonxeber.net xəbər verir ki, Qaradağ rayonunun Sahil qəsəbəsində dənizəkənarı ərazinin qanunsuz olaraq hasarlandığı faktı aşkarlanıb.
FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentlyinin inspektoru Müşfiq Hacıyev bildirib ki, problemin aradan qaldırılması üçün ərazidə qanunsuz inşa olunmuş tikilinin söküntü işləri aparılır:
"Bura mühafizə zonası hesab edilir. Tikilinin dənizdən 100 metr uzaqlıqda olması lazımdır. Hazırda Qaradağ Rayon İcra hakimiyyəti ilə birlikdə ərazidə söküntü işlərinə başlanılıb. Belə hallara tez-tez rast gəlinsə də tərəfimizdən keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər dayandırılır. Qeyd edim ki, bu Qaradağ rayonu ərazisində sökülən ilk dənizkənarı qanunsuz tikilidir".