Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2023 07:52
Ukrayna Nazirlər Kabineti fevralın 28-də Rusiya Federasiyası ilə dövlət sərhədindən buraxılış məntəqələrinin inkişafı sahəsində əməkdaşlıq haqqında sazişə xitam verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin nümayəndəsi Taras Melniçuk məlumat yayıb.
"Ukrayna Nazirlər Kabineti ilə Rusiya Federasiyası Hökuməti arasında 18.10.2011-ci il tarixində Donetskdə Ukrayna-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin inkişafı sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş ləğv edilib", - Taras Teleqram hesabında qeyd edib.