Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zəlzələdə dağıntılar altında qalan Beyzanın verdiyi sual kövrəltdi - VİDEO

Zəlzələdə dağıntılar altında qalan Beyzanın verdiyi sual kövrəltdi - VİDEO

Tarix: 1 Mart 2023 20:06

Malatyada zəlzələ zamanı altımərtəbəli binanın qalıqları altında qalan Beyza Yetiş xilasetmə əməliyyatında iştirak edən polisə verdiyi sualı ilə onu çətin vəziyyətdə qoyub.

Bu barədə xilasedicinin özü danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, polisin dediyini görə, vaxtilə Van zəlzələsini yaşayıb, bu səbəbdən hadisəni eşidən kimi dərhal könüllü şəkildə fəlakət bölgəsinə yollanıb. Əməliyyat zamanı ikinci mərtəbədə dağıntılar altında qalan 14 yaşlı Beyzaya çatıb. Polis ona ürək-dirək vermək üçün suallar verib, özünün də Van zəlzələsini gördüyünü danışıb. Yeniyetmə qızın "Həmin zəlzələ bundan daha pis idi?" sualı isə xilasedicini çaş-baş vəziyyətdə qoyub.

"Sualı qarşısında duruxub qaldım, "bu daha dəhşətli idi", - deyə bilmədim. "Bu daha...", - dedim və qəhərləndim", - deyə polis göz yaşlarını zorla tutaraq olanları danışıb.

Onun sözlərinə görə, fəlakətin 4-cü günündə xilas edilən Beyzanın "gözümüzü yumurduq, açırdıq, amma heç cür səhər olmurdu" sözləri də çox təsirləndirib.

Milli.Az


Etiketlər:  Zəlzələdə dağıntılar altında qalan Beyzanın verdiyi sual kövrəltdi VİDEO


RƏYLƏR