Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın dağılması qaçılmazdır: Yeni ölkələr...

Rusiyanın dağılması qaçılmazdır: Yeni ölkələr...

Tarix: 2 Mart 2023 10:36

Rusiya Federasiyasının dağılması bu və ya digər dərəcədə qaçılmazdır.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı müxalifət lideri, sosioloq, Dövlət Dumasının keçmiş deputatı İqor Yakovenko deyib.

O qeyd edib ki, çox güclü mərkəzdənqaçma tendensiyaları var ki, onlar indi görünmür və hiss olunmur, çünki zorla yatırılır:

"Əgər dövlət yox olarsa, o zaman mərkəzdənqaçma hərəkatları üstünlük təşkil etməyə başlayacaq və Rusiya kart evi kimi dağılacaq. Və təkcə ayrılma potensialının kifayət qədər güclü olduğu milli respublikalarda (Tatarıstan, Tıva, Yakutiya, Şimali Qafqaz respublikaları) deyil, həm də Rusiyanın Uzaq Şərq, Ural, Sibir, Kamçatka kimi regionlarında və s. bu tendensiya qalib gələcək".

Yakovenkonun sözlərinə görə, Rusiyada növbəti iğtişaşlar baş verəcək, imperialist müharibə əmlakın və ərazilərin yenidən bölüşdürülməsi üçün mafioz klanların müharibəsinə çevriləcək.


Etiketlər:  Rusiyanın dağılması qaçılmazdır Yeni ölkələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ