Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2023 07:12
Paşinyan və komandası Ermənistanın daxili gündəmindən Qarabağ mövzusunu çıxarır. Dünən müxalifət fraksiyalarının iştirak etmədiyi növbəti hökumət saatında Qarabağla bağlı yalnız bir sual verilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Hraparak" məlumat yayıb.
"Deputat Emma Petrosyan sülh müqaviləsinin, daha dəqiq desək, Ermənistanın Azərbaycana təqdim etdiyi təklifin taleyi ilə bağlı sual verib və buna cavab olaraq Paşinyan bildirib ki, Azərbaycan ona təqdim olunan sülh sazişi layihəsinə hələ cavab verməyib. Əvəzində təxminən saat yarım ərzində demokratiya, polisdə islahatlar, təhsil və səhiyyə, cinsiyyətə görə abortun qadağan olunması məsələsinə qədər müzakirələr aparıblar", - məlumatda deyilir.