Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Biz öz dilimizi yox, başqa millətin dilini sevirik" - Aktyor tənqid etdi

Tarix: 3 Mart 2023 15:05

Azərbaycanda dublyaja marağın olmamasının ən əsas səbəbi odur ki, biz dilimizi sevmirik. Başqa millətlərin dilini daha çox sevirik, nəinki, öz dilimizi".

Milli.Az xəbər verir ki, bunu faktmedia.az-a tanınmış aparıcı və aktyor Azər Aydəmir Azərbaycanda niyə dublyaj sənətinin populyarlıq qazana bilməməsi sualına cavab olaraq deyib.

Aktyor bildirib ki, başqa cür bunu izah edə bilmirəm:

"Bizim dublyaj keyfiyyətimiz Gürcüstanın dublyaj keyfiyyətindən daha yüksəkdir. Xalqın gözündə dilin prestijini qaldırmaq lazımdır. Dövlət səviyyəsində təşviqat, təbliğat işləri aparılmalıdır. Nə qədər ki, biz hər üçüncü insana öz dilimizi sevdirsək, dublyaja da maraq artacaq, seviləcək. Əslində bizim dublyajımızda heç bir problem yoxdur. Səsləndirmə də, dublyaj da keyfiyyətlidir. Sadəcə, öz dilimizə qulaq asmağı xoşlamırıq".

Milli.Az


Etiketlər:  Biz öz dilimizi yox başqa millətin dilini sevirik Aktyor tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ