Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2023 23:16
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirilən mətbuat konfransında çıxış edib.
Sonxeber.net Bakupost.az-a istinadən xəbər verir ki, o, virusun mənşəyinin araşdırılması ilə bağlı siyasi manipulyasiyaya Çinin qarşı olduğunu bildirib.
Mao, virusun mənşəyi ilə bağlı araşdırmaların elm adamları tərəfindən aparılmasının lazım olduğunu qeyd edib:
"Elmi bir məsələnin araşdırılması vəzifəsinin kəşfiyyat təşkilatlarına həvalə edilməsi məsələnin siyasiləşdirildiyini açıq şəkildə göstərir. ABŞ kəşfiyyat orqanlarının keçmişdə uydurduğu hekayələri nəzərə alsaq, onların nəticələrinin heç bir etibarlılığı yoxdur".
Sözçü, ABŞ-ı elmə və faktlara hörmət etməyə, kəşfiyyat orqanlarının təşəbbüsü ilə mənşə araşdırmalarına son qoymağa çağırıb:
"ABŞ laboratoriya sızması kimi nəzəriyyələri təkrarlayaraq Çini ləkələyə bilməyəcək, yalnız öz nüfuzuna xələl gətirəcək".
Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Vrayn Covid-19 virusunun Çindəki bir laboratoriyadan çıxdığını irəli sürüb.