Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazilə Səfərli: ''Elçi gedəndə qız evinə dedim ki...'' - VİDEO

Nazilə Səfərli: ''Elçi gedəndə qız evinə dedim ki...'' - VİDEO

Tarix: 6 Mart 2023 13:45

Çox dərinə getmədim, qızı çağırdım görüşə və bütün minuslarımı danışdım. Sonra sual verdim ki, sən bizim ailədə yaşaya bilərsən? Dedim, görən gözü qaradı, yoxsa qorxaqdı? Birinci qorxutmalısan ki, sənin qarşında nə qədər dayana biləciyini görəsən.

Sonxeber.net xəbər verir ki, bu sözləri şairə və xına məclislərinin məşhur aparıcısı Nazilə Səfərli dünən "Zaurla Günaydın" verilişində gəlini haqqında danışarkın deyib. O, Zaur Baxşəliyevin "Gəlin alanda araşdırmadın" sualına cavab verib:

"O, sənin qarşında ağıllı və müdrik davransa, bilirsən ki, sabah çətinlikləri aşa biləcək. Elçi gedəndə qız evinə dedim ki, mən bura oğlumu tərifləməyə gəlməmişəm. Oğlum anası üçün yaxşı oğlandı. Amma bilmirəm ki, sənin qızına necə ər olacaq. Çünki onun heç ər statusun görməmişəm. Yalandan söz verə bilmərəm ki, oğlum sənin qızını başında gəzdirəcək, sənin qızın da dünyanın qayğısından azad olacaq. Mən bunu bilmirəm. Şükür Allaha ki, Nurlan üzümü ağ etdi, elə gəlnimiz də". (publika)


Etiketlər:  Nazilə Səfərli Elçi gedəndə qız evinə dedim VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ