Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2023 18:18
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İranın nüvə obyektlərinə hücumun qanunsuz olması ilə bağlı çıxışının heç bir əhəmiyyəti yoxdur.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"Qrossinin fikirləriylə razı deyiləm. İsraili məhv etməyə çalışan bir sistemin kütləvi qırğın silahlarına sahib olmasına icazə verməliyik?" - baş nazir bildirib.
Qeyd edək ki, Rafael Qrossi Tehranda çıxışı zamanı Amerika və İsrailin İranın nüvə obyektlərinə hücum etmə istəyini qanunsuz cəhd adlandırıb.