Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyalı futbolçu şəhid Şəhriyarla olan FOTOsunu paylaşdı

Braziliyalı futbolçu şəhid Şəhriyarla olan FOTOsunu paylaşdı

Tarix: 6 Mart 2023 21:00

"Qəbələ"nin sabiq futbolçusu Dodo ötən gün şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Şəhriyar Əlibəyli ilə olan fotosunu paylaşıb.

Sonxeber.net qafqazinfoya istinadən xəbər verir ki, braziliyalı oyunçu şəklin üzərinə ağlamaq smayliki qoyaraq instaqram hesabında paylaşım edib.

Şəhriyar Əlibəyli Qəbələnin Vəndam kəndindəndir və o, şəhərin eyniadlı klubunun azarkeşi olub.

Xatırladaq ki, hərbiçimiz ötən gün ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olub.

Qeyd edək ki, Dodo 2011-2016-cı illərdə "Qəbələ"də çıxış edib.


Etiketlər:  Braziliyalı futbolçu şəhid Şəhriyarla olan FOTOsunu paylaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ