Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2023 15:42
Türkiyənin Rize şəhərində səhər saatlarından başlayan fırtına bəzi evlərin damını uçurub, ağacların budaqları qopub.
billi.Az oxu.az-a istinadən xəbər verir ki, binalardan uçan tikinti materialları ətrafa səpələnib. Park edilmiş avtomobillərin üzərinə düşən dam örtükləri və budaqlar Güneysu-Rize avtomobil yolunu qismən nəqliyyata bağlayıb. Quru yolu və bələdiyyə qruplarının təmizlik işlərinin ardından yol yenidən açılıb.