Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bihter''in heyətində dəyişiklik - FOTO

''Bihter''in heyətində dəyişiklik - FOTO

Tarix: 8 Mart 2023 18:40

"Bihter" filmində rol alacaq aktyorlardan bir neçəsinin kimliyi bəlli olub.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, ekran işində Mertcan Tekin və Mert İnce rol alacaq. Mertcan "Nihat", Mert isə "Bülent" obrazına həyat verəcək. Bundan başqa, daha əvvəl "Matmazel" obrazından imtina edən aktrisa Ebru Özkan yenidən ekran işində rol almağa qərar verib. 

Qeyd edək ki, film 1900-cü illərin məşhur serialı "Aşk-ı Memnu"nun hekayəsi əsasında lentə alınacaq. Baş rolu aktrisa Farah Zeynep Abdullah canlandıracaq. Hande Ataizi "Firdevs", Boran Kuzum "Behlül", Helin Kandemir "Nihal", Osman Sonant isə "Adnan" obrazına həyat verəcək.

Çəkilişlərin martın 21-dən etibarən başlaması planlaşdırılır.


Etiketlər:  Bihterin heyətində dəyişiklik FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ