Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu xidmətlərin siyahısında dəyişiklik edilib

Bu xidmətlərin siyahısında dəyişiklik edilib

Tarix: 10 Mart 2023 16:24

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nda aşağıdakı dəyişikliklər edilir:

- 4-cü hissənin "Göstərdiyi xidmətlər" sütununun 2-ci bəndinə aşağıdakı məzmunda yeddinci və səkkizinci abzaslar əlavə edilsin:

"- "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə

- "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə".

- 7-ci hissənin "Göstərdiyi xidmətlər" sütununa aşağıdakı məzmunda 6 - 17-ci bəndlər əlavə edilsin:

"6. "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi

7. ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi

8. elektrik enerjisinin ötürülməsinə icazə verilməsi

9. elektrik enerjisinin paylanmasına icazə verilməsi

10. elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə verilməsi

11. qazın istehsalına və təbii qazın emalına icazə verilməsi

12. qazın nəqli üçün icazə verilməsi

13. qazın paylanmasına icazə verilməsi

14. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə verilməsi

15. neft və qaz yataqlarının kəşfiyyatına icazə verilməsi

16. neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə verilməsi

17. neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə verilməsi".


Etiketlər:  xidmətlərin siyahısında dəyişiklik edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ