Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamı bu transferdən danışır - Maaş əvəzinə xaş verəcəklər

Hamı bu transferdən danışır - Maaş əvəzinə xaş verəcəklər

Tarix: 10 Mart 2023 22:30

Türkiyənin həvəskar komandalarından "Karabağlar" qeyri-adi transfer anlaşmasına imza atıb.

Milli.Az metbuat.az- istinadən xəbər verir ki, klub 23 yaşlı qapıçı Kenan Gürsen Saata maaş verməyəcək. Əvəzində o, mövsüm ərzində klub prezidentinin restoranında limitsiz xaş yeyəcək.

"Prezidentimizin restoranına xeyli müddətdir, gedirəm. Tez-tez orada xaş yeyirəm. Bu təklif məndən gəldi. Bir mövsüm ərzində oynamağımın qarşılığında limitsiz xaş yeyə biləcəyəm. Məncə, çox yaxşı transferdir. Bu il çempion olsaq, hədəfim beyti kababı qarşılığında müqavilə imzalamaqdır", - deyə Kenan Gürsen bildirib.

Klub rəhbəri Adem Kuyu da digər futbolçulardan fərqli olaraq, qolkiperin belə bir hüququnun olduğunu təsdiqləyib.

Milli.Az


Etiketlər:  Hamı transferdən danışır Maaş əvəzinə xaş verəcəklər


RƏYLƏR