Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hökumət telefonlarında “TikTok”a qadağa qoydu

Hökumət telefonlarında “TikTok”a qadağa qoydu

Tarix: 11 Mart 2023 12:50

Belçika Milli Təhlükəsizlik Şurası Çinin tətbiqi olan "TikTok"un dövlət işçilərinin iş telefonlarında istifadəsinə qadağan qoyub.

"Biz sadəlövh ola bilmərik: "TikTok" Çin şirkətidir və indi Çin kəşfiyyat agentlikləri ilə əməkdaşlıq etməlidir", - deyə Belçika Baş naziri Aleksandr de Kroo bildirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Belçikanın bu qadağası ölkənin kəşfiyyat xidmətləri tərəfindən aparılan risk təhlili və milli kibertəhlükəsizlik mərkəzinin tövsiyələrinə əsaslanır.

Qadağa altı ay müddətinə qüvvədə olacaq, bundan sonra Belçika hakimiyyəti öz tövsiyələrini yenidən nəzərdən keçirəcək.


Etiketlər:  Hökumət telefonlarında TikToka qadağa qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ