Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2023 16:44
Lənkəranın Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbinin oğlan şagirdləri bu təhsil müəssisində çalışan təmizlik işçilərinə jest ediblər.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, könüllü qrupun üzvləri 8 Mart - Beynəlxalq Qadınlar Günündə sinifləri, dəhlizləri təmizləyib, pəncərələri silib, səliqə-səhman yaradıblar.
Onlar təmizlik işçilərinə təbriklərini bu şəkildə çatdırıblar.
Həmin görüntülər sosial şəbəkələrdə də sürətlə yayılıb. Çoxsaylı izləyicilər şagirdlərin bu addımını alqışla qarşılayıb.
Məktəbin xadimələri də bu kreativ təbriki çox maraqla qarşıldıqlarını bildiriblər.
Qeyd edək ki, məktəbin oğlan şagirldəri hər il bu addımı təkrarlmaq fikrindədirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: