Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2023 09:06
Britaniyanın Baş naziri Rişi Sunak müdafiə sahəsinə investisiyaları artıracağını açıqlayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, baş nazirliyin ofisinə istinadən xəbərinə görə, növbəti iki il ərzində Müdafiə Nazirliyinə sursat ehtiyatlarının artırılmasına və gücləndirilməsinə, nüvə müəssisəsini modernləşdirmək və AUKUS sualtı proqramının növbəti mərhələsini maliyyələşdirməyə kömək etmək üçün əlavə 5 milyard funt sterlinq ayırılacaq.
Qeyd olunub ki, bu Birləşmiş Krallığın getdikcə dəyişkən və mürəkkəb dünyanın çağırışlarına cavab vermək üçün atılmış bir addımdır.
Ayrılan büdcənin 1,9 milyard funt-sterlinqi Ukraynaya göndərilən silahların əvəz olunmasına və Böyük Britaniyanın sursat infrastrukturunun yaxşılaşdırılmasına sərf olunacaq.