Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2019 16:48
Bakı. Samir Əli - Trend:
Bu gün Ali Məhkəmədə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security" MMC-nin baş direktoru olmuş İbrahim Hüseynov, Bakı Fındıq Emalı zavodunun keçmiş direktoru Azad Cavadov və bankın Nərimanov filialına rəhbərlik etmiş Məmməd Cahangirovun barələrində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Trend-in məlumatına görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərdən İ.Hüseynovun həbs cəzası 8 ildən 5 ilə endirilib. Qərara görə, C. Hacıyev və digərlərinin həbs müddəti dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, A.Cavadov 10 il 11 ay, İ.Hüseynov 8 il azadlıqdan məhrum edilib, M.Cahangirova isə 7 il 6 ay şərti cəza verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin