Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2023 23:18
Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasından fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüləri İrəvana müqavimət göstərməyə çalışırlar və yaxud özlərini elə göstərirlər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ötəngünkü müsahibəsində Praqa və Soçi sənədləri ilə Azərbaycanın Qarabağ üzərində suverenliyini Ermənistanın tanıdığını bəyan etməsi və bunun kütləvi şəkildə erməni mediasında da tirajlanmasından sonra reaksiyalar gəlməyə başlayıb.
Faktı dolayısı ilə etiraf edən erməni separatçıların "parlamenti" Ermənistana "tələblə" də çıxış edib və "artsax xalqının öz müqəddəratını həll etmək hüququnu" şübhə altına almağa İrəvanın haqqının olmadığını bildirib.
Bununla "danışıq tərəfi" olmağa çalışan separatçılar guya "mübarizəni davam etdirdikləri" görüntüsünü yaratmağa çalışırlar. Ancaq hamıya bəllidir ki, Qarabağdakı bir ovuc separatçı-terrorçuların ayaqda qalmasının əsas səbəbi rus sülhməramlıların öz öhdəliklərini yerinə yetirməməsi, həmçinin Ermənistandan gələn maliyyə və silah-sursat, hərbçilərdir.
Laçın yoluna nəzarətin tam ələ keçirilməsi ilə bu separatçı-terrorçu cəhdlərə də son qoyulacaq.