Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Dövlət Departamentinin İranın hava sərhədimizdəki təxribatına REAKSİYASI

ABŞ Dövlət Departamentinin İranın hava sərhədimizdəki təxribatına REAKSİYASI

Tarix: 14 Mart 2023 07:54

ABŞ Dövlət Departamenti Azərbaycan və İran arasında gərginliyə münasibət bildirib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat brifinqində bildirib.

"Azərbaycan və İran arasında vəziyyətə gəlincə isə, əlbəttə ki, İran regionda zərərli aktor olub. Bu ölkə zərərli işlərlə, həm yaxın, həm də uzaq qonşularını təhdid edən fəaliyyətlərlə məşğul olur. Ona görə də biz belə gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız, daha əvvəl fərqli kontekstdə də bildirdiyim kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarət olub ki daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq", Ned Prays qeyd edib.


Etiketlər:  ABŞ Dövlət Departamentinin İranın hava sərhədimizdəki təxribatına REAKSİYASI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ