Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın Müdafiə Nazirliyi təcili açıqlama yaydı - Qara dənizdə ABŞ dronun düşməsi ilə bağlı

Rusiyanın Müdafiə Nazirliyi təcili açıqlama yaydı - Qara dənizdə ABŞ dronun düşməsi ilə bağlı

Tarix: 14 Mart 2023 23:50

ABŞ dronunun Krım üzərində uçuşu hava məkanından istifadə rejiminin ərazisinin sərhədlərini pozaraq transponderlər söndürülməklə həyata keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, pilotsuz uçuş aparatı aşkar edildikdən sonra Rusiyanın növbətçi hava hücumundan müdafiə qüvvələrinin qırıcıları havaya qaldırılıb.

"Qəfil manevr nəticəsində ABŞ pilotsuz uçuş aparatı hündürlüyü itirərək nəzarətsiz uçuşa keçib və su ilə toqquşub. Rusiya qırıcıları ABŞ dronuna qarşı silahdan stifadə etməyib, onunla təmasda olmayıb, sağ-salamat aerodroma qayıdıb", - deyə Rusiya MN-dən bildirilib.

Milli.Az


Etiketlər:  Rusiyanın Müdafiə Nazirliyi təcili açıqlama yaydı Qara dənizdə ABŞ dronun düşməsi ilə bağlı


RƏYLƏR