Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artistinin nəvəsi Moskvadakı bağ evini 5 milyon manata satır - FOTOlar

Xalq artistinin nəvəsi Moskvadakı bağ evini 5 milyon manata satır - FOTOlar

Tarix: 15 Mart 2023 11:25

Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi, aktyor, müğənni Nikita Presnikov nənəsinin ona bağışladığı bağ evini satır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb onun həyat yoldaşı model Alena Krasnova ilə birlikdə ABŞ-yə köçməsidir. Satışla bağlı elan müvafiq saytda martın 6-dan dərc edilib. Ev 225 milyon rubl (təxminən 5 milyon manatdan çox) qarşılığında alıcıya təqdim olunacaq.

Malikanə 70 hektar ərazidə yerləşir və üçmərtəbəlidir. Mülkdə altı yataq, yemək otağı, mətbəx, kitabxana, soyunub-geyinmə otağı, hovuzu olan spa sahəsi, terras, bar və bilyardı olan istirahət otağı, kinoteatr var. 

Milli.Az


Etiketlər:  Xalq artistinin nəvəsi Moskvadakı bağ evini 5 milyon manata satır FOTOlar


RƏYLƏR