Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İslamofobiya ilə bağlı panel müzakirələri keçirildi

İslamofobiya ilə bağlı panel müzakirələri keçirildi

Tarix: 16 Mart 2023 16:58

"İslamofobiya ilə mübarizədə beynəlxalq təşkilatların birgə əməkdaşlığı və rolu" mövzusunda panel müzakirələri keçirilib.

İƏT-in İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyasının sədr müavini Hacı Əli Adjikgül bildirib ki, uzun illərdir İslam dininə qarşı nifrət və ayrı-seçkilik, o cümlədən, peyğəmbərin karikaturaları, Quranın yandırılması və digər hallar müşahidə olunur.

O qeyd edib ki, dini, milli və ya digər zəmində nifrət və ya təcavüzün ifadə edilməsinin qarşısının alınması üçün beynəlxalq və hüquqi müstəvidə tədbirlər görülməlidir.

Bundan əlavə, müsəlmanlarla bağlı hər cür stereotiplərə qarşı mübarizə aparmaq üçün mediada xüsusi strategiyanın qəbul edilməsi xüsusilə vacibdir.

G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Cole Durham qeyd edib ki, xristianofobiya, antisemitizm və ya milli mənsubiyyətə əsaslanan nifrət kimi bir çox başqa növlər kimi islamofobiya da artmaqdadır.

O qeyd edib ki, əksər hallarda insanlar hansısa dinin və ya millətin müəyyən nümayəndələrinə, əgər onların nümayəndələri ilə tanışlıqda müsbət təcrübəyə malikdirlərsə, onlara müsbət münasibət bəsləyirlər.

"Müsəlmanları tanıyan insanların sayını artıra bilsəydiniz, bunun islamafobiyaya çox böyük təsiri olar",- deyə o əlavə edib.


Etiketlər:  İslamofobiya ilə bağlı panel müzakirələri keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ