Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Rusiya üçün bu xidməti dayandırdı

Türkiyə Rusiya üçün bu xidməti dayandırdı

Tarix: 17 Mart 2023 08:42

Türkiyə Rusiya və Belarus hava yollarının "Boinq" və "Airbus" təyyarələrinə xidmət göstərməkdən, o cümlədən onları yanacaqla təmin etməkdən imtina edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə qərarı ölkənin Gömrük və Ticarət Nazirliyi ABŞ Ticarət Nazirliyinin məktubundan sonra qəbul edib.

Məhdudiyyətlər Rusiyanın yeddi aviadaşıyıcısına şamil edilir: "Aeroflot", "S7 Airlines", "Utair", "AZUR Air", "Pegas Fly", Rusiya və Yamal.

İndi Türkiyədən uçan Rusiya təyyarələri Soçidə yanacaq doldurmağa məcburdur.

İstanbulda təyyarəyə xidmət göstərməkdən imtinanı "Kommersant"ın iki aviaşirkətdəki mənbələri təsdiqləyib və problemin həlli üzərində işlədiklərini qeyd ediblər.


Etiketlər:  Türkiyə Rusiya üçün xidməti dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ