Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölən oğlundan danışıb ilk dəfə ağladı - VİDEO

Ölən oğlundan danışıb ilk dəfə ağladı - VİDEO

Tarix: 17 Mart 2023 18:05

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges onun haqqında çəkilən "Mən Corcinyam" adlı sənədli filmdə həyatı ilə bağlı bəzi etirafları açıqlayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir  ki, o, ötən il doğulan əkiz övladlarından oğlunun vəfatından danışarkən gözyaşlarını saxlaya bilməyib:

"Həyatımı 40 milyondan çox insan izləyir, amma heç kim həqiqətən necə hiss etdiyimdən xəbərdar deyil. Bu il həyatımın həm yaxşı, həm də pis günləri olub. Həyat çətindir, ancaq davam edir. Yaşamaq üçün güclü səbəblərim var. Kris məni çox cəsarətləndirir. Mənə həyatın davam etdiyini bildirərək təsəlli edir. İndi mənim öncəliyim ailəm və uşaqlarımdır. Sonsuz xoşbəxtəm və buna görə ona çox minnətdaram".

Qeyd edək ki, sözügedən film martın 24-də təqdim olunacaq.


Etiketlər:  Ölən oğlundan danışıb dəfə ağladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ