Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2023 18:10
Mərhum siyasətçi Vladimir Jirinovskinin qırmızı gödəkçəsi hərraca çıxarılıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə "Litfond" hərrac evinin rəsmi saytında məlumat verilib.
Jirinovskinin pencəyinin qiyməti 250 min rubl (təxminən, 5547 azn) qiymətləndirilir. Bu libası 2014-cü ilin mayında "Politika" verilişində teleaparıcı Aleksandr Qordona siyasətçinin özü hədiyyə edib. Gödəkçənin kolleksiya dəyəri olduğu qeyd edilir.
Qeyd edək ki, Jirinovski 6 aprel 2022-ci ildə 75 yaşında vəfat edib.