Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ekoaksiya: Sülhməramlıların 13 avtomobili ərazidən maneəsiz keçib

Ekoaksiya: Sülhməramlıların 13 avtomobili ərazidən maneəsiz keçib

Tarix: 18 Mart 2023 20:54

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların beş təminat, bir tibbi yardım və altı minik avtomobili də Xankəndiyə gedib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Milli.Az


Etiketlər:  Ekoaksiya Sülhməramlıların 13 avtomobili ərazidən maneəsiz keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ