Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna rusları bu ərazilərdən çıxmağa məcbur etdi

Ukrayna rusları bu ərazilərdən çıxmağa məcbur etdi

Tarix: 20 Mart 2023 03:30

Ukrayna Silahlı Qüvvələrinin yaz əks-hücum əməliyyatı üçün bütün zəruri komponentlər mövcud olmalıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin "Şərq" qruplaşmasının nümayəndəsi Sergey Çerevatıy deyib.

"Optimist olmalıyıq, amma reallıqlara arxalanmalıyıq. Ona görə də bunu nəzərə alaraq, retrospektivə baxmalıyıq - bir il ərzində nələrə nail olmuşuq. Biz paytaxtı saxlaya bildik, düşməni ordan uzaqlaşdırdıq. Düşməni şimaldan, Xarkov vilayətindən, Limandan və Xersondan geri çəkilməyə məcbur etdik", - Çerevatıy bildirib.

Onun sözlərinə görə, bütün lazımi komponentlər mövcud olduqda əks-hücum həyata keçiriləcək.

Milli.Az


Etiketlər:  Ukrayna rusları bu ərazilərdən çıxmağa məcbur etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ