Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baxmutun taleyi bir həftəyə həll olunacaq - General

Baxmutun taleyi bir həftəyə həll olunacaq - General

Tarix: 22 Mart 2023 13:32

Hazırda Donbasda ən ağır döyüşlər Baxmut və Uqledar ətrafında gedir. Ümumiyyətlə, 1,2 min km olan bütün təmas xətti boyunca düşmən hücumlarını dayandırmır.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

O bildirib ki, Baxmutun ruslar tərəfindən tutulması onlara Çasov Yar, Kramatorsk və Slavyanska çatmaq imkanı verəcək.

İ.Romanenko həmçinin qeyd edib ki, hazırda Baxmutda rusların hücumlarının sürəti azalıb:

"Düşünürəm ki, bir həftədən sonra, maksimum iki həftə ərzində situasiyaya aydınlıq gələcək. Hətta düşmən irəliləsə belə, ona fasilə vermək lazım gələcək".


Etiketlər:  Baxmutun taleyi həftəyə həll olunacaq General


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ