Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bavariya" Naqelsmannı istefaya göndərdi

Tarix: 24 Mart 2023 08:16

"Bavariya" baş məşqçisi Yulian Naqelsmannı istefaya göndərib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkədəki səhifəsində məlumat verib. Almaniya mətbuatında da istefa ilə bağlı xəbərlər yayılıb.

Münhen təmsilçisində yeni baş məşqçi vəzifəsinə əsas namizəd "Çelsi"nin və Fransanın PSJ-nin sabiq çalışdırıcıs Tomas Tuheldir.

Qeyd edək ki, "Bavariya" Bundesliqada çempionluq, Almaniya kuboku və Çempionlar Liqasında qələbə uğrunda mübarizəni davam etdirir. Bundesliqada 52 xalla "Bavariya" lider "Borussiya"dan(Dortmund)  1 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb.  Münhen təmsilçisi keçirdiyi son matçda Bundesliqada "Bayer"ə 1:2 hesabı ilə uduzmuşdu və liderliyi əldən vermişdi.

Milli.Az


Etiketlər:  Bavariya Naqelsmannı istefaya göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ