Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2023 08:50
ABŞ Ukraynanı Pentaqonun bazasındakı "M1 Abrams" tankları ilə təmin edəcək, əvvəllər planlaşdırıldığı kimi, yenilərini istehsal etməyəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin deyib.
"Biz anbarlardan tankları götürürük, onları ixraca uyğunlaşdırmaq üçün yenidən düzəldirik. Beləliklə, bu, yeni istehsalın bir hissəsi kimi deyil, əldə olan tankların verilməsidir", - o bildirib.
Qeyd edək ki, "Abrams" tanklarının Ukraynaya göndərilməsi ilə bağlı qərar yanvar ayında ABŞ Prezidenti Co Bayden tərəfindən açıqlanıb. Bu yaxınlarda bildirilib ki, Kiyev Vaşinqtondan 30-a yaxın "Abrams" tankı alacaq, lakin M1A2 deyil, M1A1-in köhnə versiyasını.