Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oğlan şagirdlərinə çılpaq şəkillərini göndərən qadın müəllim həbs edildi

Oğlan şagirdlərinə çılpaq şəkillərini göndərən qadın müəllim həbs edildi

Tarix: 24 Mart 2023 12:18

ABŞ-da Oklahoma ştatından olan keçmiş texnologiya müəllimi elektron vasitələrdən istifadə etməklə yetkinlik yaşına çatmayanları cinsi qısnama və şirnikləndirməkdə ittiham olunur.

Milli.Az lent.az-a istinadən bildirir ki, 43 yaşlı Serena Kator martın 16-da həbs edilib. Müstəntiqlərin fikrincə, qanunsuz hadisələr 2022-ci ilin sentyabrında baş verib. Cinayət işinin başlanması üçün müəllimin işlədiyi Makleod məktəbində aparılmış daxili araşdırmanın nəticələri əsas olub.

Məlum olub ki, Kator özünün çılpaq fotolarını məktəbin 14-18 yaş arası üç şagirdinə göndərib və onlardan da eynisini tələb edib.

Kator cinayəti etiraf edib. O, həmçinin messencerlərdə və sosial şəbəkələrdə yeniyetmələrlə sekslə bağlı söhbətlər edib. Qadın məktəb rəhbərliyinə danışdığı on oğlanın adları olan siyahını təqdim edib. Qeyd olunur ki, siyahıdan iki şagird müəllimin qızı ilə görüşüb.

Kator həmçinin bəzi xəyallar qurduğunu və yeniyetmələrlə cinsi əlaqənin reallıqda olub-olmamasından əmin olmadığını bildirib. O, "çox içdiyini" və "köməyə ehtiyacı olduğunu" bildirib.

Milli.Az


Etiketlər:  Oğlan şagirdlərinə çılpaq şəkillərini göndərən qadın müəllim həbs edildi


RƏYLƏR