Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ

Avropa İttifaqı Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ

Tarix: 25 Mart 2023 08:44

Ukrayna hökumətinin Rusiyanın minlərlə uşağı qaçıraraq ölkəyə gətirməsi ilə bağlı iddialarından sonra Avropa İttifaqı (Aİ) hərəkətə keçib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki,Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ Liderlər Sammitində bildirib ki, Avropa İttifaqı Rusiyaya qanunsuz aparılan ukraynalı uşaqların geri qaytarılması ilə bağlı konfrans keçirəcək.

"Uşaqları ölkədən çıxarmaq üçün orada baş verənlər tariximizin ən qaranlıq vaxtlarının dəhşətli xatirəsidir. Bu, müharibə cinayətidir" - Von der Leyen bildirib. O, uşaqların geri qaytarılmasını təmin etmək üçün Polşanın Baş naziri Mateuş Moravyeçki ilə birlikdə çalışacaqlarını bildirib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin ukraynalı uşaqların ölkəyə qeyri-qanuni deportasiyasındakı roluna və hərbi cinayətlər törətdiyinə görə həbs olunmasına order verib.

Ukrayna hökumətinin açıqladığı məlumatlara əsasən, 2022-ci il fevralın 24-də müharibə başlayandan bəri 16 200 ukraynalı uşaq qanunsuz olaraq Rusiyaya aparılıb. Bildirilib ki, bu uşaqlardan yalnız 308-i Ukraynaya qayıdıb.


Etiketlər:  Avropa İttifaqı Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ