Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2023 13:58
Ermənistan Apellyasiya Məhkəməsi ölkənin sabiq müdafiə naziri Viqen Sarkisyanın həbsinin ləğvi barədə vəsatəti rədd edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti "Telegram"da məlumat yayıb.
Qeyd edək ki, Sarkisyana qarşı irəli sürülən ittihama əsasən, 2016-2018-ci illərdə hərbçi olmayan 29 şəxsə mənzillərin ayrılması barədə göstəriş verib.
Xatırladaq ki, bununla bağlı məhkəmə sabiq müdafiə nazirinin həbsi ilə bağlı vəsatəti təmin etmişdi. Sabiq nazir isə bunu "siyasi təqibin təzahürü" adlandırıb.