Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Ermənistan Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı

İlham Əliyev: Ermənistan Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı

Tarix: 28 Mart 2023 14:18

Uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyirdilər və Ermənistan bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

"Halbuki onlar digər rayonlardan da çıxmaq fikrində deyildilər. İndi - müharibədən iki il yarım keçəndən sonra bu, hər kəsə daha aydın oldu. Beynəlxalq vasitəçilər - ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar", - deyə dövlətimizin başçısı bildirib.

Milli.Az


Etiketlər:  İlham Əliyev Ermənistan Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı


RƏYLƏR