Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2019 19:24
Türkiyə millisinində çıxış edən "Yuventus"un futbolçusu Merih Demiralı komanda yoldaşı Kriştiano Ronaldo əsgər salamı ilə qarşılayıb.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 21 yaşlı müdafiəçinin özü məlumat verib: "Yuventus”un düşərgəsinə qayıdarkən Ronaldo bazada məni əsgər salamı ilə qarşıladı. Bir az şoka düşsəm də, qürur duydum. İndi italiyalı senatorların nə edəcəyini maraqla gözləyirəm”.
Qeyd edək ki, "Yuventus"un M.Demiralı Avro-2020-nin seçmə mərhələsində Fransa ilə matçda əsgər salamı verdiyi üçün cəzalandıracağı iddia olunur.