Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın müəllimin özünə xəsarət yetirdiyi bildirilir - Direktor müavini ilə dava olub? - VİDEO

Qadın müəllimin özünə xəsarət yetirdiyi bildirilir - Direktor müavini ilə dava olub? - VİDEO

Tarix: 4 Aprel 2023 15:54

Qubada qadın müəllimin direktor müavini ilə  dalaşdığı üçün özünə xəsarət yetirdiyi bildirilir.

İddialara görə, martın 15-də Qubada 2-ci Nügədi kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aygün Mustafayeva direktor müavini Sara Nağıyeva ilə mübahisə edib.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, mübahisə əsnasında əl-qol hərəkətləri olduğundan direktor müavini müəllimi polisə şikayət edib.

Aygün Mustafayeva polis şöbəsinə dəvət edilib. Bundan sonra müəllim yaşadığı evdə özünə xəsarət yetirib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Məktəbin direktor əvəzi Vüqar İmaməliyev bildirib ki , hazırda müəllim işə çıxır. Ancaq iddiaya görə, onun intizamsız davranışları davam edir.

Məsələ ilə bağlı sözügedən müəllim Aygün Mustafayeva isə danışmaq istəmədi.

Məktəbdə ​ çəkiliş ​ zamanı ​ Aygün ​ müəllimədən ​ isə ​ nə ​ şagirdlər, ​ nə ​də ​valideynlər narazlıq ​ etdilər.

Qeyd edək ki, məsələ ilə bağlı Quba Rayon Polis Şöbəsinə müraciət edilib, hazırda baş verənlərlə başlı təhqiqat bölməsində, həmçinin Quba Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Qadın müəllimin özünə xəsarət yetirdiyi bildirilir Direktor müavini ilə dava olub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ