Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2023 03:30
Türkiyədə fevralın 6-da baş verən zəlzələ zamanı çay yataqlarında ciddi yerdəyişmələr baş verib. Zəlzələ nəticəsində dağılan Asi çayında da 7,8 metrlik sürüşmə əmələ gəlib. Sel təhlükəsi və daşqın riski səbəbilə hazırda bölgədə bərpa və təmizlik işləri aparılır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Dövlət Su İdarəsinin bölgə müdiri Ahmet Ersin Gökçe bildirib ki, zəlzələlər çay yatağında ciddi yerdəyişmələrə səbəb olub, bir çox hissələrdə daralmalar yaranıb.
"Zəlzələ ilə birlikdə çay yatağında 7,8 metr sürüşmə əmələ gəlib. Müdaxilə olunmasa, güclü yağış yağacağı halda daşqına səbəb ola bilər. Çayın yatağının tənzimlənməsi üçün böyük əmək sərf edirik", - deyə o qeyd edib.