Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun? - Mütəxəssis rəyi (FOTO)

Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun? - Mütəxəssis rəyi (FOTO)

Tarix: 19 Oktyabr 2019 12:08

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda - 650 min ağac əkiləcək.

Ağacların necə əkilməsi və əkilən ağacların bitiş faizinin yüksək olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə tövsiyələrlə çıxış edir.

- Ağac əkilərkən hansı qaydalara riayət olunmalıdır?

- İlk növbədə, ağac əkiləcək ərazi müəyyənləşdirilməli, sahə kol-kosdan təmizlənməli və torpaq hazırlığı (şum və çala qazmaq) işləri aparılmalıdır. Ağac tingləri bir-birindən 2-3 metr məsafədə əkilməlidir. Tinglərin əkilməsi üçün 40 sm enində və 40 sm dərinliyində çala qazılmalıdır. Çalanın dərinliyi az olarsa, tinglərin kökləri qışda şaxtadan, yayda istidən məhv ola bilər. Əksinə, çox dərin qazılarsa, kökləri zəif inkişaf edər və ağac quruyar. Tingin ölçüsü 80-120 sm-ə qədər ola bilər. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Əkildikdən sonra küləkdən qorunması üçün ting rezin iplə dirəyə bərkidilməlidir. İpi bağlayarkən ağacın qabığı zədələnməsin deyə sıxlıq nəzərə alınmalıdır. Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun? - Mütəxəssis rəyi (FOTO) Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun? - Mütəxəssis rəyi (FOTO) Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun? - Mütəxəssis rəyi (FOTO) Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun? - Mütəxəssis rəyi (FOTO) Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun? - Mütəxəssis rəyi (FOTO) Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun? - Mütəxəssis rəyi (FOTO) Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun? - Mütəxəssis rəyi (FOTO) Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun? - Mütəxəssis rəyi (FOTO) Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun? - Mütəxəssis rəyi (FOTO) Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun? - Mütəxəssis rəyi (FOTO)


Etiketlər:  Ağaclar necə əkilməlidir bitiş faizi yüksək olsun Mütəxəssis rəyi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ