Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna və Polşa birgə tank mərmiləri istehsal edəcək

Ukrayna və Polşa birgə tank mərmiləri istehsal edəcək

Tarix: 6 Aprel 2023 19:12

Ukrayna və Polşa birgə 125 mm-lik tank mərmiləri istehsal edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin teleqramda yazıb.

Onun sözlərinə görə, artıq tərəflər bununla bağlı müvafiq sənədi imzalayıblar.

A.Kamışin bildirib ki, Strateji Sənaye Nazirliyi Ukrayna ordusu üçün sursat istehsalının artırılmasına diqqət yetirəcək.

Bundan əlavə, Ukrayna NATO ölkələrindən biri ilə birlikdə 122 mm-lik artilleriya mərmiləri istehsal etməyə başlayıb.

Qeyd edilib ki, sursatın ilk partiyası artıq cəbhəyə göndərilib.

Milli.Az


Etiketlər:  Ukrayna Polşa birgə tank mərmiləri istehsal edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ