Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2023 10:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:
2.1. 5.1-ci bəndin birinci cümləsindən "(yerli baş idarə, idarələr, şöbələr və bölmələr)" və ", habelə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri çıxarılsın;
2.2. 5.5-ci bəndin birinci cümləsində "bir birinci müavini və üç müavini" sözləri "müavinləri" sözü ilə əvəz edilsin;
2.3. 5.6.9-cu yarımbənddə "yerli baş idarə, idarə, şöbə və bölmələrin" sözləri "strukturuna daxil olan qurumların" sözləri ilə əvəz edilsin;
2.4. 5.6.11-ci yarımbənddə "yerli baş idarə, idarə, şöbə və bölmələrin" sözləri "strukturuna daxil olan" sözləri ilə əvəz edilsin;
2.5. 5.7-ci bəndin birinci cümləsindən ", Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisindən" sözləri çıxarılsın.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşılırıb.