Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanadada 135 nəfər dəm qazından zəhərlənib

Kanadada 135 nəfər dəm qazından zəhərlənib

Tarix: 9 Aprel 2023 12:24

Kanadanın Kvebek əyalətinin Monreal şəhərində 135 nəfər dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə CBC telekanalı vilayətin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, aprelin 5-dən indiyədək 135 nəfər dəm qazından zəhərlənərək tibb müəssisələrinə aparılıb. Zəhərlənməyə səbəb qızınmaq və xörək bişirmək üçün insanların kömür və ya qaz manqallarından istifadə etməsidir.

Çərşənbə günü Kvebek və Ontario əyalətlərinə dolu yağdıqdan Sonra 1 milyondan çox evin elektrik təchizatı kəsilib.

Milli.Az


Etiketlər:  Kanadada 135 nəfər dəm qazından zəhərlənib


RƏYLƏR