Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Baş məşqçimiz məndən narazıdır'' - Ozan Can Kökcü

''Baş məşqçimiz məndən narazıdır'' - Ozan Can Kökcü

Tarix: 19 Oktyabr 2019 22:12

"Sabah"ın futbolçusu Ozan Can Kökcü Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə  "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə  jurnalistlərin suallarını cavablandırıb.


- Bizim daha çox topla oynadığımızı düşünürəm. Son dəqiqələrdə qol vurub, hesabı bərabərləşdirdik. Minimum 1 xal qazanmalı idik.

- Bu gün oyununuz demək olar ki, alınmadı. Avropa çempionatına görə Premyer Liqada fasilə yaranmışdı. Bu fasilədən lazımi qədər istifadə edə bilmədiniz?

- Bunu bilmirəm. Çünki mən də 21 yaşlılardan ibarət yığmanın heyətində idim. Komanda yoldaşlarımın yaxşı məşq etdiyini düşünürəm. Kiminsə buna şübhəsi olmasın. Artıq qələbə qazanmalıyıq.

- Bu 3 xalın gəlməsi üçün "Sabah"a nə lazımdır?

- Bunu mənim deməyim düzgün olmaz. Amma  futbolçu olaraq bir şey söyləyə bilərəm ki, əlimizdən gələni edəcəyik. Bundan sonrakı matçlarda daha yaxşı oynayıb, qalib gəlməliyik.

- Bu gün sanki baş məşqçi sizdən narazı idi.

- Elədir. Haqlı olduğunu düşünürəm. Mənə görə oyunda deyildim. Qarşılaşmanın ilk dəqiqələrindən bəri istədiyim kimi oynaya  bilmirdim. Rəqib yaxşı qapanırdı. Bu da mənə çətinlik yaradırdı. Son vaxtlar həm milli komandada, həm də klubda matçlarımız çox oldu, yorulduq. Amma biz futbolçuyuq. Nə qədər oyun olsa, oynamalıyıq.

 


Etiketlər:  Baş məşqçimiz məndən narazıdır Ozan Kökcü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ