Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2023 23:48
ABŞ hüquq-mühafizə orqanları cümə axşamı Pentaqonun məxfi sənədlərini sızdırmaqda şübhəli bilinən Amerika vətəndaşını həbs edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri - baş prokuror Merrik Qarland təsdiqləyib.
"Bu gün ABŞ Ədliyyə Departamenti milli müdafiə məxfi məlumatlarının icazəsiz çıxarılması, saxlanması və yayılması ilə bağlı aparılan təhqiqatla əlaqədar Cek Duqlas Teyşeranı həbs edib. Onun sözlərinə görə, "FTB agentləri günortadan sonra Teyşera insidentsiz yaxaladılar".